AZ

Pentaqon razılıq verdi - son qərar Trampındır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya uzaqmənzilli “Tomahawk” qanadlı raketlərinin verilməsinə razılıq bildirib. Lakin yekun siyasi qərarın prezident Donald Tramp tərəfindən veriləcəyi bildirilir.

Modern.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Pentaqon raketlərin Ukraynaya ötürülməsinin ABŞ-ın müdafiə ehtiyatlarına mənfi təsir göstərməyəcəyini müəyyən etdikdən sonra Ağ Evə “yaşıl işıq” yandırıb.

Telekanal qeyd edib ki, Pentaqonun bu nəticəsi barədə prezident administrasiyası hələ oktyabr ayında, Tramp və Ukrayna lideri Zelenski arasında görüşdən əvvəl məlumatlandırılıb.

Avropa rəsmiləri bu qərarı alqışlayıblar. Onların fikrincə, artıq Ağ Evin raketlərin satışına qarşı çıxmaq üçün daha az səbəbi qalıb. Lakin CNN-in məlumatına əsasən, Tramp Zelenski ilə görüşün açıq hissəsində “ABŞ öz ölkəsinin müdafiəsi üçün lazım olan silahları başqasına vermək istəmir” sözləri ilə müşahidəçiləri təəccübləndirib.

Mənbə bildirir ki, administrasiya prezidentin əmri olduğu təqdirdə “Tomahawk” raketlərinin Ukraynaya tez bir zamanda göndərilməsi planlarını da hazırlayıb.

Hazırda nə Ağ Ev, nə də Pentaqon məsələ ilə bağlı rəsmi şərh verməyib.

Seçilən
34
1
modern.az

2Mənbələr