AZ

“ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 31-də “Bakıya Uçuş. İncəsənət həftəsonu. GələcəyimiziİNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”)layihəsinin daha bir tədbiri - “Püstə: canlı irs” təqdimatı Maqsudİbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilib.

Trend xəbər verirki, əvvəlcə Maqsud İbrahimbəyovun “Püstə ağacı” hekayəsi əsasındahazırlanan monotamaşa təqdim edilib.

Oxucunu duyğular, xatirələr və nostalji dünyasına aparan əsərinmərkəzində keçmişlə bu gün arasındakı ayrılmaz bağlılığın rəmzinəçevrilən püstə ağacı dayanır.

Maqsud İbrahimbəyovun ən təsirli əsərlərindən biri olan buhekayədə hadisələr bir uşağın gözü ilə nəql olunur. Bu monotamaşadamüharibə illərindəki uşaqlığını xatırlayan artıq böyümüş oğlanobrazını isə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynovcanlandırıb.

Tamaşaçılar onunla birlikdə mərkəzində iri bir püstə ağacı bitənkiçik Bakı həyətinə səyahət ediblər.

Sonra "Azərxalça” ASC-nin toxuduğu triptix – üç xalçadan ibarətəsər təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyeva kompozisiya ilə tanış olub.

Bildirilib ki, kompozisiya çətinliklərə baxmayaraq həyatınyenidən başlaya və bar verə biləcəyini göstərir. Su isə triptixdəüç hissəni birləşdirən mühüm rəmz kimi verilir. O, böyümə vəinkişaf üçün zəruri həyat gücünün rəmzi olaraq həyatın dövrixarakterini vurğulayır.

Daha sonra Leyla Əliyevanın iştirakı ilə Mərkəzin terrasındapüstə ağacı əkilib.

Qeyd edək ki, bu mərasim suya, həyata və təbiətə qayğının rəmzikimi təcəssüm olunur. Püstə - keçmişlə gələcəyin, sənətləekologiyanın, insanla torpağın vəhdəti kimi qələmə verilir.

Daha sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəriİçərişəhərdə təşkil olunmuş Zeytun Festivalını ziyarət edib.Ölkəmizin ayrı-ayrı bölgələrindən gətirilən zeytun və zeytunməhsulları ilə tanış olub. Festivala gələn şəhərimizin qonaqları vəturistlərlə səmimi söhbət atmosferində keçən ziyarətdə xatirəşəkilləri də çəkilib.

“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
“ART
Seçilən
43
30
az.trend.az

10Mənbələr