Rusiya Yaponiyanın Moskvadakı səfirliyinə kəskin etirazını bildirib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.
Etiraz oktyabrın 20-dən 31-dək keçirilən və öz sərhədi yaxınlığında yerləşən Hokkaydo adası da daxil olmaqla, bütün Yaponiyanı əhatə edən geniş miqyaslı "Joint Exercise 2025" hərbi təlimləri ilə bağlı olub. Nazirlik bu cür hərbi fəaliyyətin ölkənin Uzaq Şərq sərhədlərinin təhlükəsizliyinə potensial təhdid yaratdığını qeyd edib.
Moskva xüsusən Yaponiyanın İvakuni bazasında orta və qısa mənzilli raketlərin buraxılması üçün nəzərdə tutulmuş "Tayfun" raket sistemi batareyasının yerləşdirilməsi ilə bağlı narahatlığını ifadə edib.