AZ

“Bernli”yə qarşı oyun asan olmayacaq

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının növbəti turunda keçiriləcək “Bernli” ilə səfər matçı barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, ispan mütəxəssis rəqibi tərifləyərək, komandasını ciddi sınağın gözlədiyini bildirib:

“Bernli”yə qarşı oyun çətin olacaq. Onların yaxşı baş məşqçisi var. Skott Parkerin komanda ilə gördüyü iş doğrudan da təsiredicidir. Son beş matçlarına baxsanız, onların nə qədər dözümlü və məğlub edilməsi çətin komanda olduğunu görərsiniz” 

“Topçular”ın çalışdırıcısı futbolçularına diqqətli və motivasiyalı olmağı xatırladıb:

“Biz daim irəliləməli, oyundan-oyuna daha israrlı və diqqətli olmalıyıq. Hər matç fərqli çətinliklər yaradır və biz buna hazır olmalıyıq.”

Qeyd edək ki, “Bernli” – “Arsenal” oyunu noyabrın 1-də, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Seçilən
35
90deqiqe.az

1Mənbələr