AZ

Orban Trampdan Rusiya nefti ilə bağlı xahiş edəcək

BAKI, 31 oktyabr. TELEQRAF

Macarıstanın Baş naziri Viktor Orban ABŞ lideri Trampla görüşdə ölkəsinin Rusiyadan neft alışına görə sanksiyalardan azad edilməsini xahiş edəcək.

Teleqraf "Politico" saytına istinadən xəbər verir ki, Orban Macarıstanın Rusiyadan neft idxalını saxlamaq üçün əlindən gələni edir və Xorvatiyanı alternativ təchizatçı kimi rədd edir. Budapeşt Zaqrebi həddindən artıq yüksək xam neft qiymətlərində günahlandırır və Xorvatiyadan tranzitin Macarıstanı kifayət qədər neftlə təmin edə bilməyəcəyini iddia edir. Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnáj Politico-ya deyib: "Bu ittihamlar uzun müddətdir ki, səslənir və tam əsassızdır".

Seçilən
27
teleqraf.com

1Mənbələr