Bakı. Trend:
Oktyabrın 31-də London şəhərində Azərbaycan RespublikasınınXarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlikvə İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələrikeçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Konsulluqməsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsininrəisi Emil Səfərov, Birləşmiş Krallıq nümayəndə heyətinə isə Xariciİşlər, Birlik və İnkişaf Ofisinin Konsulluq və Böhran məsələləriüzrə idarəsinin direktoru Sara Taylor və Mərkəzi Asiya və ŞərqQonşuluğu idarəsinin rəis müavini Mark Klayton rəhbərlik edib.
Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Böyük Britaniya vəŞimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov,hər iki tərəfin xarici siyasət orqanlarının, AzərbaycanRespublikasının Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Elm vəTəhsil Nazirliyinin rəsmiləri, həmçinin Böyük Britaniyanın Daxiliİşlər Ofisinin miqrasiya, viza və hüquqi yardım məsələləri üzrəəməkdaşları iştirak edib.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasındaəlaqələrin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən müvafiqistiqamətə uyğun ikitərəfli sənədlərin imzalanması və konsulluqxidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdənkeçirilib.
Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq vəazadlıqlarının qorunmasının təmin edilməsi, viza məsələləri,həmçinin böhran vəziyyətlərinin idarəolunması mövzularındamüzakirələr aparılıb.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədətəcrübə mübadiləsinin, miqrasiya, təhsil, ədliyyə, həmçininekstradisiya, mülki və cinayət işləri üzrə hüquqi yardımsahələrində əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbətiiclasının Bakı şəhərində keçirilməsinə dair razılıq əldəolunub.