AZ

ABŞ Venesuela sahillərinə donanma göndərir – Madura Rusiyadan və Çindən yardım istəyib

ABŞ Venesuela sahillərində hərbi mövcudluğunu gücləndirir. Amerika mediasının məlumatına görə, Vaşinqton regiona əlavə hərbi qüvvələr cəlb edərək, ölkədə mümkün quru əməliyyatına hazırlaşır.

Bu gərginlik fonunda Venesuela prezidenti Nikolas Madura Rusiya, Çin və İrana müraciət edərək onlardan “ABŞ-ın mümkün aqressiyasının qarşısını almaq üçün” yardım istəyib.

Qeyd olunur ki, bundan əvvəl Venesuela Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Karib dənizində neytral sularda olan ABŞ esminesinin üzərindən nümayiş uçuşu həyata keçirib. Bu hadisə Karakasla Vaşinqton arasında münasibətləri daha da gərginləşdirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr