AZ

Suriya prezidenti məmurları bahalı avtomobillərə görə tənqid edib

Suriya prezidenti məmurları bahalı avtomobillərə görə tənqid edib.

 

Suriya prezidenti əş-Şəraa öz tərəfdarlarını dəbdəbəli həyat tərzinə görə tənqid edib. O, İdlib vilayətində keçmiş üsyançı bazasında keçirilən görüşdə çıxış edərkən, tədbirə Cadillac Escalade, Range Rover və Chevrolet Tahoe kimi bahalı avtomobillərlə gələn yüzlərlə loyal məmuru istehza ilə qarşılayıb.

“Mən bilmirdim ki, dövlət maaşları bu qədər yüksəkdir!” – deyə prezident zarafatla bildirib. – “Siz inqilabın övladları olduğunuzu unutmusanız? Bu qədər tez nəfsinizə uydunuz?”

Reutersin məlumatına görə, dövlət başçısı lüks avtomobillərə sahib olan məmurlardan ya açarlarını təhvil verməyi, ya da vəsaitlərinin mənşəyi ilə bağlı yoxlamaya hazırlaşmağı tələb edib.

Mənbənin bildirdiyinə görə, bir neçə nəfər bu göstərişə əməl edərək iclası tərk edib.

Seçilən
49
interpress.az

1Mənbələr