AZ

Kanada Ukraynaya dünyanın ən böyük təyyarələrindən birini hədiyyə etmək istəyir

Kanada Ukraynaya 2022-ci ilin fevral ayından bəri Toronto hava limanında saxlanılan Rusiyanın “An-124” yük təyyarəsini təhvil verməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” Kanadanın xarici işlər naziri Anita Ananda istinadən məlumat verib.

Anandın sözlərinə görə, Kanada hökuməti Rusiyanın “Volqa-Dnepr” aviaşirkətinə məxsus nəqliyyat təyyarənin daimi müsadirə edilməsi üçün icazə tələb edən məhkəmə qərarı verib. Bu şirkət Kanada sanksiyalarına məruz qalıb.

"Antonov təyyarəsi məsuliyyətin güclü simvoludur. Rusiyanın müharibəsini asanlaşdıranlar məsuliyyətə cəlb olunacaq və Ukrayna təkbaşına bərpa olunmayacaq", - Anand bildirib.

QAZİLER.AZ

Seçilən
38
qaziler.az

1Mənbələr