
Pentaqon Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərinin tədarükünə yaşıl işıq yandırıb.
AFN.az xəbər verir ki, bu barədə CNN məsələ ilə tanış olan üç amerikalı və avropalı rəsmiyə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, bu addım ABŞ-ın hərbi arsenalına mənfi təsir göstərməyəcək, lakin yekun siyasi qərar prezident Donald Trampın səlahiyyətində qalır.
“Tomahawk” raketlərinin uçuş məsafəsi təxminən 1600 kilometrdir.