AZ

Çexiya gələcək hökumət proqramına Aİ və NATO-ya sadiqliyi daxil edib

Çexiya gələcək hökumət proqramına Aİ və NATO-ya sadiqliyi daxil edib

Çexiya Respublikasının gələcək hökumətinin proqramında ölkənin Avropa İttifaqı və NATO üzvlüyünə sadiqliyi təsdiqlənib.

AFN.az xəbər verir ki, bu barədə yerli "Idnes" portalı məlumat yayıb.

Sənəddə həmçinin qeyd olunur ki, hökumət milli valyuta kimi çex kronunu saxlamağı planlaşdırır və ölkəni avroya keçirməyi düşünmür. Proqramda qeyri-kommersiya təşkilatlarının maliyyələşdirilməsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulur — onların aldığı vəsaitlər xüsusi reyestrdə qeyd ediləcək və bu vəsaitlər siyasi təbliğat üçün istifadə olunmayacaq. İqtisadi inkişaf və investisiya layihələrinin reallaşmasına mane olan təşkilatlara dövlət subsidiyaları verilməyəcək. Bu qərarın xüsusilə ekologiya yönümlü qurumlara da şamil edilə biləcəyi bildirilir.

Yeni kabinetin strateji prioritetləri enerji xərclərinin azaldılması, enerji təhlükəsizliyinin təmin edilməsi, mənzil əlçatanlığının artırılması, milli təhlükəsizlik və pensiyaların yüksəldilməsi kimi istiqamətləri əhatə edir. Hökumət vergiləri artırmamağa, əksinə bəzi sahibkarlar üçün azaldılmasına çalışacaq.

Proqram sənədini prezident Petr Pavel artıq alıb. Sənəd ictimaiyyətə noyabrın 3-də təqdim olunacaq. Həmin gün “ANO”, “Azadlıq və birbaşa demokratiya” (SPD) və “Avtomobilçilər” hərəkatları koalisiya sazişi imzalayacaqlar. Yeni hökumət 200 nəfərlik parlamentin 108 deputatının dəstəyinə arxalanacaq.

Prezident Pavel bildirib ki, yeni kabinet yalnız parlamentin yeni tərkibinin ilk iclasından sonra formalaşdırılacaq. Baş nazir postuna namizəd, “ANO” lideri Andrey Babiş hökumətin ən geci dekabrın ortalarınadək qurulacağını gözləyir.

Seçilən
30
afn.az

1Mənbələr