AZ

Polşa Rusiyanın daha bir kəşfiyyat təyyarəsinin qarşısını aldığını iddia edir

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Hərbi Hava Qüvvələrinə məxsus iki döyüş təyyarəsinin Baltik dənizi səmasında Rusiyaya məxsus İl-20 təyyarəsinin qarşısını aldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu,həftə ərzində Baltik dənizi üzərində uçan üçüncü Rusiya təyyarəsidir.

Rusiya təyyarəsinin plansız və transponderi söndürülmüş halda uçduğu iddia edilir. Polşa Silahlı Qüvvələrinin rəsmi mənbəsi dəqiqləşdirib ki, Polşanın hava məkanının pozulması yoxdur.

Bir gün əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Polşaya məxsus MiQ-29 qırıcısının Baltik dənizi üzərində uçan Rusiya kəşfiyyat təyyarəsini aşkar etdiyini açıqlamışdı.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr