AZ

Yeniyetmələrin davranış probleminin səbəbi nədir?

Son illərdə 13-15 yaş arası uşaqlarla bağlı gündəmdə olan hadisələr, xüsusilə də zorakılıq, hamiləlik və evdən qaçmalar kimi ağır mövzular cəmiyyətdə narahatlıq doğurur.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, yeniyetməlik uşağın nə uşaq, nə də tam yetkin olmadığı bir mərhələdir və çox həssas dövrdür: 

“Bu yaşda bir uşaq bu cür hallara düşürsə, burada təkcə ailəni günahlandırmaq və ya uşağı qınamaq problemi həll etmir. Bu, həm ailənin, həm məktəbin, həm də cəmiyyətin birgə məsuliyyətidir. Uşaqlar boşluqdan, diqqətsizlikdən, emosional baxımdan dəyərsiz hiss etdiklərindən belə yanlış yollara yönəlirlər. Övladlarımıza dəyər verdikcə onların da özlərinə və gələcəklərinə verdiyi dəyər artır".

Sevinc

Seçilən
25
hit.az

1Mənbələr