İspaniyanın “Real” klubunda oktyabr ayının ən yaxşı oyunçusu məlum olub.
QOL.az xəbər verir ki, bu, Madrid təmsilçisinin 20 yaşlı yarımmüdafiəçisi Arda Gülerdir.
Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, gənc futbolçu azarkeşlər arasında keçirilən səsverməyə əsasən ən yaxşı olub.
Qeyd edək ki, Arda bu mövsüm 19 matçda 4 qol vuraraq 7 asistlə fərqlənməyi bacarıb.