AZ

Lukaşenko Litvaya XƏBƏRDARLIQ etdi

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Litva və Qərb ölkələri Rusiyadan Kalininqrad vilayətinə malların tranziti üçün problem yaratmamalıdır.

KONKRET.az xəbər verir ki, “Ruslar ora (Kalinqrad vilayətinə) öz torpaqlarından mal aparırlar”, prezident qeyd edib.

“Nüvə silahı deyil, ümumiyyətlə silah deyil, mallar. Orada onları Litva sərhədçiləri yoxlayır. Bu dəhliz (Suvalki dəhlizi) Litvanın ərazisindən keçir”, – Lukaşenko deyib.

Eyni zamanda, prezident Baltik dənizində tranzit təhlükələrindən də danışıb, Belarus və Rusiyanın “Baltikyanı bağlayacaqlarını” bəyan edib.

“Mən Rusiya Prezidenti Vladimir Putinlə oturub, bu məsələni müzakirə edirəm. Deyirəm ki, görün nəyə gəldik? Onlar həyasızlaşıblar. Bəs həll yolu nədir, biz ticarət gəmilərimizi döyüş gəmiləri ilə müşayiət edəcəyik? – Lukaşenko davam edib.

Xatırladaq ki, oktyabrın 1-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya Silahlı Qüvvələri Avropa ölkələrinin Baltik dənizində naviqasiya azadlığı üçün tamamilə əlverişsiz olan hərəkətlərinə cavab verməyə məcburdur.

Dəniz Pənahova 

KONKRET.az 

Seçilən
37
konkret.az

1Mənbələr