Cənubi Koreyanın Samsung korporasiyası dünya smartfon bazarında liderliyini qoruyub saxlayıb.
Editor.az xəbər verir ki, Analitik şirkət Omdia-nın hesabatına əsasən, 2025-ci ilin üçüncü rübündə şirkətin qlobal tədarük həcmi 6% artaraq 57,5 milyondan 60,6 milyon ədədə yüksəlib.
Samsung-un uğurunda əsas rolu yeni nəsil qatlanan modellər — Galaxy Z Fold 7 və Z Flip 7, eləcə də Asiya və Yaxın Şərq ölkələrində böyük tələbat qazanan büdcə seqmentli Galaxy A07 və A17 smartfonları oynayıb.
Bununla belə, analitiklər bildiriblər ki, ilin ən sürətlə inkişaf edən brendi nə Samsung, nə də Apple olub. Bu titul Çinin Transsion Holdings şirkətinə məxsusdur. Şirkətə aid Tecno, Infinix və Itel brendlərinin ümumi tədarükü 35%-dən çox artaraq, Transsion-u dünya üzrə satış həcminə görə ilk üçlük sırasına çıxarıb.