ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya uzaqmənzilli “Tomahawk” qanadlı raketlərinin göndərilməsinə yaşıl işıq yandırıb.
Editor.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Pentaqon bu addımın ABŞ-ın müdafiə ehtiyatlarına mənfi təsir göstərməyəcəyini müəyyən edib. İndi son qərar ABŞ prezidenti Donald Trampın səlahiyyətindədir.
Qeyd olunur ki, Vaşinqton Kiyevə hərbi yardımın genişləndirilməsi, o cümlədən yüksək dəqiqlikli uzaqmənzilli silahların verilməsi imkanını nəzərdən keçirir.
//Samir Qurbanov, Editor.az