Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa hökumət rəsmiləri və iş adamlarına sərt çağırış edib.
Musavat.com xəbər verir ki, dövlət başçısı vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını təhvil vermələrini tələb edib. O, bu barədə avqust ayında keçirilən rəsmi tədbir zamanı bəyanat səsləndirib.
Əhməd əş-Şaraa bahalı avtomobillərlə mərasimə gələn məmurları və sahibkarları tənqid edərək, bu cür davranışın xalqın ağır sosial-iqtisadi vəziyyəti ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Prezident bəzi yüksək vəzifəli şəxsləri qanunsuz gəlir əldə etməkdə ittiham edib və bildirib ki, ölkənin bərpa dövründə belə israfçılığa yer yoxdur.
Musavat.com