BAKI, 31 oktyabr. TELEQRAF
"Sabah Avrasiya Gənc İş Adamları Forumu başlayır. Bu forumda 40-dan çox ölkədən iş adamları iştirak edəcək".
Bu sözləri Teleqraf-a açıqlamasında Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün deyib.
"Son illərdə Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi, eləcə də türk dünyasının inteqrasiyasını təmin edən Türk Dövlətləri Təşkilatının fəaliyyəti böyük həyəcan və maraq yaradıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi dəstək bu gün iş dünyası baxımından son dərəcə önəmlidir. Çünki siyasi əlaqələr yüksək olmadan iş adamları cəsarətlə addım ata bilməzlər. İş adamlarını cəsarətləndirən məhz siyasi liderlərimizin uzaqgörən vizyonudur",-deyə diplomat əlavə edib.