AZ

ABŞ ın üzr tələbini belə rədd etdim Lukaşenko sirri açdı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vaşinqton Minskdən ölkənin hava məkanını pozan balonlar buraxdığına görə Litvadan üzr istəməyi tələb edib. Lakin Belarus rəhbərliyi bu məsələdə günahı özündə görməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksand Lukaşenko deyib.

“Sizə bir sirri açacam. Biz amerikalılarla danışıqlar aparırıq. Danışıqlar müxtəlif yollarla davam edir və gərgin keçir. Həmin şarların partladığı gecənin ertəsi günü amerikalılar baş verənlərə görə bizim günahkar olduğumuzu dedilər. Dərhal Litvadan və ictimaiyyətdən üzr istəməli olduğumuzu bildirdilər. Ancaq Belarus yalnız günahı təsdiqlənərsə, üzr istəməyə hazırdır. Litva tərəfi amerikalılara şikayət edib və onlar da ona müvafiq tələblə rəsmi məktub göndəriblər. Əgər mən nədəsə günahkaramsa, üzr istəməyə hazıram. Amma nə özümün, nə də xalqımın günahı olduğunu düşünürəm”, – Lukaşenko vurğulayıb.

Xatırladaq ki, 29 oktyabrda Litva Belarusla avtomobil sərhədini bir ay müddətinə tamamilə bağlayıb. Bu qərar Belarus ərazisindən buraxılan və Litvaya siqaret qaçaqmalçılığı üçün istifadə edilən meteoroloji şarların hava məkanını pozmasına cavab olub.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
globalinfo.az

1Mənbələr