AZ

“Melissa” qurbanlarının sayı artmaqda davam edir

“Melissa” qasırğası Karib dənizində ən azı 50 nəfərin ölümünə səbəb olub. Son məlumatlara görə, Haitidə 30 nəfər (10 uşaq da daxil olmaqla) ölüb, təxminən 20 nəfər isə itkin düşüb.

Yamaykada isə ölənlərin sayı 19 nəfərə çatıb. “Associated Press”-in məlumatına görə, 13 mindən çox insan evsiz qalıb və ölkənin böyük bir hissəsi elektriksizdir. Dominikan Respublikasında ilkin məlumatlara görə, bir nəfər ölüb.

“Melissa” qasırğası hazırda Saffir-Simpson şkalası üzrə 2-ci kateqoriyadır və küləklərin sürəti saatda 165 km-ə (103 mil/saat) çatır. Episentr Bermuda adalarından təxminən 420 km qərbdə yerləşir.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr