BAKI, 31 oktyabr. TELEQRAF
Türkiyənin Samsun şəhərində 19 yaşlı azərbaycanlı tələbə Nicat Kazımlı yol qəzasında həlak olub.
Teleqraf xəbər verir ki, təcili yardım avtomobili N.Kazımlının idarə etdiyi motosikletlə toqquşub. Ağır xəsarətlər alan tələbənin həyatını xilas etmək mümkün olmayıb.
Təcili yardım maşınının sürücüsü Şakir Ü. saxlanılıb.
N.Kazımlı Ondokuz Mayıs Universitetinin stomotologiya fakültəsində təhsil alırdı.

