AZ

“Monako”nun baş məşqçisi Poqbanın zədəsindən danışdı

“Monako”nun baş məşqçisi Sebastyen Pokonyoli komandanın yarımmüdafiəçisi Paul Poqbanın son məşqdə aldığı zədə barədə açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, “RMC Sport” baş məşqçinin dediklərini belə çatdırıb.

“Poqba dünən məşq zamanı topuğundan zədə aldı. Hazırda onun durumunun nə dərəcədə ciddi olduğunu müəyyənləşdirmək üçün əlavə müayinələrin nəticələrini gözləyirik. Bəli, sabah o, meydanda olmayacaq. O, bir az topuğunu burxub, amma dünən məşqi tamamlayıb. Bu, müəyyən mənada müsbət haldır, lakin biz tam əmin olmalıyıq. Bu gün isə o, ayağına tam yük verə bilmirdi.”

 Poqba bu gün komanda ilə birgə məşq etməyib və klub onun durumuna dair tibbi testlərin nəticələrini gözləyir.

Fransalı futbolçu oktyabrın 30-da keçirilən məşq zamanı top uğrunda mübarizədə topuğundan zədə alıb.

Seçilən
21
90deqiqe.az

1Mənbələr