AZ

Yanacaqdoldurma məntəqəsində GÜCLÜ PARTLAYIŞ – Xəsarət alanlar var

Almaniyada yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib, xəsarət alanlar var.

İnterpress.az xəbər verir ki, bu barədə “Ruhr Nachrichten” qəzeti məlumat yayıb.

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, Kastrop-Rauksel şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

İlkin məlumata görə, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə onlarla yanğınsöndürən briqadası və iki helikopter cəlb olunub.

Məlumata əsasən, hadisə sənaye zonasındakı avtoyuma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Partlayışdan sonra ərazidəki yanacaq daşıyan avtomobil alovlanıb.

Polis ərazini tam mühafizə altına alıb, hərəkət dayandırılıb. Partlayışın səbəbi hələ ki, müəyyənləşdirilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr