AZ

Bakı Təşəbbüs Qrupuna müstəmləkəçiliklə bağlı edilən müraciətlər artıb - Açıqlama

Bakı, 31 oktyabr, AZƏRTAC

Son aylarda Belçika müstəmləkəçiliyi ilə bağlı edilən müraciətlərin sayı artıb. Araşdırmalar nəticəsində görürük ki, burada ciddi və qəddar cinayətlər törədilib. Bunlar yalnız kolonial cinayətlər deyil, həmçinin insanlığa qarşı ağır cinayətlərdir.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov söyləyib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət bu məsələləri kifayət qədər işıqlandırmır və onlara diqqət yetirmir. Biz BTQ olaraq Belçikanın müstəmləkəçilik siyasətinin fəsadlarını və onların bərpası öhdəliklərini bütün aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxaracağıq.

“Hazırda 17-dən çox ölkə və ərazi ilə əməkdaşlığımız davam edir. O cümlədən Belçikanın müstəmləkəçilik siyasəti və reparasiya öhdəlikləri ilə bağlı beynəlxalq müstəvidə fəaliyyətlər həyata keçiririk”, - deyə İcraçı direktor əlavə edib.

Seçilən
15
1
azertag.az

2Mənbələr