AZ

Balakənin keçmiş icra başçısı həbs edildi

BAKI, TurkicWorld

Polşa ölkənin şimal-şərq sərhədlərinə dörd ərazi müdafiə briqadası göndərəcək.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Naziri Vladislav Kosinyak-Kamış öz "X" səhifəsində paylaşım edib.

Nazirin sözlərinə görə, şimal-şərq sərhədində 1-ci Podlyaska briqadası, 4-cü Varminsko-Mazurska briqadası, 19-cu Pribujska briqadası və 20-ci briqada fəaliyyət göstərəcək.

Müdafiə naziri qeyd edib ki, bu addım NATO-nun şərq cinahını və Polşanın şimal-şərq sərhədini möhkəmləndirməyə yönəlmiş növbəti mərhələdir.

Qeyd edək ki, sentyabrın sonunda Polşa Belarusla sərhədi açaraq, keçid məntəqələrinin fəaliyyətinin bərpa edilməsindən sonra nəqliyyat vasitələrinin ölkə ərazisinə buraxılmasına başlayıb.

Seçilən
29
turkic.world

1Mənbələr