ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko yeni “Oreşnik” raket kompleksinin dekabr ayında döyüş növbətçiliyinə veriləcəyini açıqlayıb.
“Qafqazinfo” “BelTA”ya istinadla xəbər verir ki, dövlət başçısı bu barədə Vitebsk vilayətinə səfəri zamanı danışıb.
Lukaşenko kompleksin müdafiə xarakterli olduğunu bildirib:
“Oreşnik” qorxulu silahdır. Mən istəyirəm ki, xaricdəki rəqiblər başa düşsünlər ki, vəziyyət pisləşsə, biz cavab verəcəyik. Putinlə oturub qərar verəcəyik və lazım gələrsə, onları vuracağıq. Ona görə də gərginlik yaratmasınlar. Axı Ukraynada da müharibə belə başladı...”
O həmçinin xatırladıb ki, Minskdə vaxtilə əldə olunan razılaşmalar Qərb tərəfindən pozulub və bu, Ukraynada müharibəyə gətirib çıxarıb:
“Belarus müharibəyə qoşulmaq niyyətində deyil, lakin öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.