AZ

Su tarifinə limit qoymaq üçün edilən təklifin qənaətlə əlaqəsi yoxdur

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Suyun, elektrik enerjisinin və ya təbii qazın istifadəsinə limitlərin qoyulmasının qənaətlə heç bir əlaqəsi yoxdur. Bu qərarın guya qənaət məqsədi daşıdığı bildirilsə də, əslində belə deyil".Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, insanlar onsuz da kommunal xidmətlərə görə pul ödəyirlər, yəni heç kim suyu açıq qoyub evdən çıxmır:"Bu xidmətlər yalnız ehtiyac olduqda istifadə olunur. Buna görə də limit tətbiqini yalnız qiymət artımına cəhd kimi dəyərləndirmək olar.

Bu addımın nə qənaətlə, nə də səmərəli idarəetmə və keyfiyyət artımı ilə əlaqəsi yoxdur".Qeyd edək ki, Milli Məclisdə suyun tarifinə limit tətbiq edilməsi məsələsi qaldırılıb. Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr