AZ

Afrika institutunun sədri: Azərbaycanın bizə dəstəyi Afrika xalqlarının kolonial təsirlərindən azad olmasına müsbət təsir göstərir

Bakı, 31 oktyabr, AZƏRTAC

Bir çox insan hələ də nəsillər boyu ötürülən travmalardan əziyyət çəkir. Bu təcrübələr epigenetik dəyişikliklərə də səbəb olub və gələcək nəsillərə təsir edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Afrika Peşəkar Sertifikatlaşdırma İnstitutunun sədri Atanga Desmond Funvie bildirib.

O qeyd edib: “Afrika mədəniyyətində, məsələn, uşaqların sərt tərbiyəsi kimi praktikalar irsi travmaları əks etdirir. Təəssüf ki, Kamerunda hələ də din, dil və sosial sahələrdə kolonial təsir davam edir. Qərb təhsilinə, fransız və ya ingilis dilinə üstünlük verilir, yerli bilik və ənənəvi təbabət isə qiymətləndirilmir. Neokolonializm bu mirası davam etdirir. Məsələn, Kamerunda hələ də qərarlar keçmiş kolonial dövlətlər tərəfindən verilir, milli ehtiyatlar Fransada saxlanılır. Biz bunlarla bağlı araşdırmalar aparırıq ki, gələcək nəsillərə kolonializmin təsirlərini aradan qaldıraq”.

Bu hadisələr haqqında informasiyaların daha geniş auditoriyaya çatdırılması üçün yaratdığı şəraitə, göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə dərin təşəkkürünü ifadə edən Atanga Desmond Funvie deyib: “Azərbaycan tarix boyu heç bir ölkəni müstəmləkəyə çevirməyib, əksinə, özü müstəmləkə olub. Bu da Azərbaycanın bizim kimi müstəmləkəçilikdən əziyyətdən çəkən dövlətlərlə ortaq tarixi cəhətlərindən biridir. Azərbaycanın bu mövzuda dəstəyi Afrika xalqlarının kolonial təsirlərindən azad olmasına müsbət təsir göstərir”, - deyə o vurğulayıb.

Seçilən
21
2
azertag.az

3Mənbələr