“Biz elə bir rejimdə oynayırıq ki, eyni səviyyədə komandanı qoruyub-saxlamaq çətin olur”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçirdikləri oyundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “Öncə oyunun yerini dəyişməyə razı olduqları üçün rəqibə təşəkkür edirəm. Yaxşı oyun keçdi. “İmişli”nin çox təhlükəli əks-hücumları vardı. Buna baxmayaraq, oyundan qorxmadıq. Sonda qalibiyyət əldə edə bildik. Görünən odur ki, çempionatdakı bütün matçlar bu məcrada keçəcək.

Hər rəqib bizə qarşı fərqli sistemdə oynayır. Çempionat yeni başlayanda oturuşmaq üçün vaxt lazım olur”.

Qeyd edək ki, matç  Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları Abdullah Zubir (52) və Emanuel Addai (82) vurublar.