AZ

Arda Gülər "Real Madrid"də ayın futbolçusu seçildi

“Real Madrid” azarkeşləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən, Arda Güler oktyabr ayının ən yaxşı futbolçusu seçilib.

Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti bu barədə rəsmi məlumat yayıb. 

Səsvermədə iştirak edən azarkeşlərin böyük əksəriyyəti gənc yarımmüdafiəçinin performansını yüksək qiymətləndirib.

Arda Güler son ay “Kral klubu”nun heyətində keçirdiyi matçlarda həm qolları, həm də oyuna dinamizm qatması ilə diqqət çəkib.

20 yaşlı futbolçu bu mövsüm 19 matçda 4 qol və 7 asistlə fərqlənməyi bacarıb.

Kamil Xudiyev

Seçilən
3
1
fanat.az

2Mənbələr