“Wall Street Journal”, “Washington Post” və “The Guardian” qəzetlərinin yazdığına görə, Donald Tramp administrasiyası ABŞ Milli Qvardiyasının on minlərlə əsgərini daxili əməliyyatlara, o cümlədən iğtişaşlara və küçə etirazlarına cavab vermək üçün hazırlamağı planlaşdırır.
Busaat.az xəbər verir ki, jurnalistlərin sözlərinə görə, Pentaqonun katibi Pit Heqset ölkə boyu çevik reaksiya qüvvələrinin yaradılması barədə göstəriş verib.
Ümumilikdə, bura kütləyə nəzarət, həbslər, dəyənəklərdən və səs-küylü silahlardan istifadə üzrə xüsusi təlim keçmiş 20 000-dən çox personal daxil olacaq.
Milli Qvardiya formal olaraq ştat qubernatorlarının nəzarəti altındadır, lakin milli təhlükəsizlik və ya ictimai asayiş üçün təhlükə yaranarsa, prezident onu federal komandanlığa tabe edə bilər.
Tramp artıq bir neçə dəfə bu səlahiyyətdən istifadə edib. Son aylarda o, yerli hakimiyyətin etirazlarına baxmayaraq, Los-Anceles, Portlend, Çikaqo və Vaşinqtona Milli Qvardiya qoşunlarını yerləşdirib. Bu əməliyyatların bəziləri sonradan məhkəmələr tərəfindən qanunsuz hesab edilib.
Yeganə