AZ

Meyitin açılması məcburi olmalıdır Həkim

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Son illər Azərbaycanda qəfil ürəktutmalarından ölüm halları artıb. Xüsusilə gənc və zahirən sağlam insanlar arasında bu hallar cəmiyyətdə narahatlıq yaradır”.Bunu kardioloq Kənan Əhməd Demokrat.az-a açıqlmasında söyləyib.Həkim əlavə edib ki, çox vaxt səbəblər məlum olmur, çünki yaxınlar meyitin açılmasına icazə vermir:“Müasir tibbdə autopsiya yalnız ölüm səbəbini müəyyən etmək üçün deyil, oxşar halların qarşısını almaq baxımından da həyati əhəmiyyət daşıyır. Ani ürək ölümü gənclərdə genetik və struktur ürək xəstəliklərindən, aritmiyalardan və ya koronar problemlərdən qaynaqlana bilər. Xarici görünüşdə sağlam olan insanlarda belə problemlər gizli qala bilər. Autopsiya vasitəsilə ailədə genetik risklər aşkar edilə bilər. Bu, gələcəkdə profilaktik tədbirlər görmək üçün vacibdir. Cəmiyyətdə meyitin açılmasına mənfi münasibət dini, mədəni və psixoloji səbəblərlə bağlıdır. Tibbi baxımdan ciddi risk olduqda, mütəxəssislər ailəyə autopsiyanın əhəmiyyətini izah etməlidir. Autopsiya gələcəkdə məcburiyyət olacaq. Bu prosedur olmadan ani ürək ölümlərinin səbəblərini müəyyən etmək mümkün deyil. Cəmiyyətin məlumatlandırılması və tibbi tədbirlərin görülməsi həyati əhəmiyyət daşıyır”.Leyla Turan 

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
demokrat.az

1Mənbələr