AZ

İkardi rekord qırmağa hazırlaşır

1993-cü ildə Argentinanın Rosario şəhərində anadan olan ulduz futbolçu İkardi gənc yaşda Avropa məkanına qədəm qoyub. Metbuat.az xəbər verir ki, karyerasına Kanar adaları komandasının gənclər akademiyasında başlayan futbol sehrbazı qısa müddət ərzində diqqəti cəlb etdiyi üçün dünya nəhəngi “Barselona”nın gənclər akademiyasına transfer olunub. İkardi Kataloniya klubundan İtaliyanın “Sampdoriya”sına keçib və orada böyüklərlə birlikdə oynamaq imkanı qazanıb. Ordakı uğurlu çıxışından sonra İkardi İtaliyanın “İnter” və Fransanın PSJ komandalarının şərəfini qoruyub. İkardi 2022-2023 mövsümündə əvvəl PSJ-dən icarə əsasında “Qalatasaray”a keçsə də, sonradan növbəti mövsümdə 10 milyon avroluq transfer qarşılığında komandanın heyətinə qatılıb. Hazırda Türkiyədə 4-cü mövsümünü keçirən Mauro İkardi "Qalatasaray"ın heyətində 99 rəsmi oyuna çıxıb. Bu matçların 74-ü Super Liqada, 21-i avrokuboklarda, 2-si isə TFF Superkuboku və Ziraat Türkiyə Kubokunda olub. Ulduz futbolçu sabah "Qalatasaray"ın "Trabzonspor"la matçında meydanda olacağıq təqdirdə "Qalatasaray"da 100-cü oyununa çıxacaq. Mauro İkardi "Qalatasaray"ın tarixində bütün zamanların aparıcı əcnəbi futbolçusu olmağı hədəfləyir.

İkardi klubda 99 rəsmi oyuna çıxıb və bu matçlarda 67 qol vurub. Argentinalı daha 6 qol vursa, o, “Qalatasaray”ın heyətində 72 qol vuran Rumıniya əfsanəsi Qeorqe Hagini keçəcək və “Qalatasaray” tarixində bütün zamanların ən yaxşı əcnəbi futbolçusu olacaq.

Seçilən
28
1
metbuat.az

2Mənbələr