AZ

Düsseldorfda “Zəfərin nəğmələri” adlı konsert alqışlarla qarşılanıb (FOTO)

Bakı. Trend:

Almaniyanın Düsseldorf şəhərində Azərbaycanın 44 günlük Vətənmüharibəsində əldə etdiyi şanlı Zəfərin 5 illiyi münasibətilə“Zəfərin nəğmələri” adlı konsert keçirilib.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, konsert Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin dəstəyi, azərbaycanlı pianoçu, bəstəkarSəbinə Məmmədovanın rəhbərliyi altında Düsseldorfda fəaliyyətgöstərən “Mugam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin və Almaniyadayaşayan həmyerlimiz, müğənni, bəstəkar Seyran İsmayılxanovun birgətəşkilatçılığı ilə baş tutub. Tədbirdə Almaniyanın müxtəlifşəhərlərindən 200-dən çox tamaşaçı iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanşəhidlərimizin əziz xatirəsi yad olunub.

Konsert Səbinə Məmmədovanın pianoda bəstəkar VaqifMustafazadənin “Bayatı-Şiraz” əsərini səsləndirməsi ilə başlayıb.Köln Musiqi Akademiyasının vokal müəllimi Seyran İsmayılxanovun özalman tələbələri ilə birgə Azərbaycan xalq mahnılarını həmazərbaycanca, həm də almanca ifa etməsi alqışlarla qarşılanıb.Əməkdar artist Sahib Paşazadənin milli musiqi alətimiz olan tardaifa etdiyi əsərlər izləyicilərdə nostalji hisslər oyadıb. Konsertdədahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunan musiqinümunələri də səsləndirilib.

Konsertdə, həmçinin Düsseldorf Opera Teatrının solisti MaraHüseynova Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib.Azərbaycanlı müğənni Vüsalə Cabir isə muğam və xalq mahnıları iləgecəyə xüsusi rəng qatıb.

Düsseldorfda
Düsseldorfda
Düsseldorfda
Düsseldorfda
Düsseldorfda
Düsseldorfda
Düsseldorfda
Düsseldorfda
Düsseldorfda
Düsseldorfda
Düsseldorfda
Düsseldorfda
Seçilən
20
2
az.trend.az

3Mənbələr