“Oyunçularımla fəxr edirəm”.
Offsideplus.az xəbər verir ki, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının X turunda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
“Qarabağ” kimi komandaya qarşı layiqli mübarizə apardılar.
Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, komandanın arxada müəyyən qədər boşluqları olacaq.
Təəssüf ki, qol vura bilmədik. İkinci hissənin daha çətin keçəcəyini bilirdik. Biz təzyiqə hazır idik. İlk qoldan sonra taktiki dəyişikliklərə əl atdıq ki, hesab 1:1 bitsin.
Uduzduğumuz üçün məyusuq. “Qarabağ”ı təbrik edirəm. Ancaq “Qarabağ”a qarşı bu cür oynamaq bizim üçün nailiyyət hesab oluna bilər”.
Qeyd edək ki, matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.