Bakı. Trend:
Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayevbarəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Trend xəbərverir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar verib.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elanolunub.
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti BalakənRayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiyahüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyatçərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb. Dahasonra o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindənazad edilib.