Misli Premyer Liqasında 10-cu tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun açılış oyununda "Qarabağ"la "İmişli" üz-üzə gəlib.
"Azərsun Arena"da keçirilən matçda meydan sahibləri inamlı qələbə qazanıblar.
Beləliklə, Ağdam təmsilçisi xallarını 20-yə çatdıraraq liderliyə yiyələnib. "İmişli" 12 xalla yeddinci yerdə qalıb.
Qeyd edək ki, birinci dövrənin sonuncudan əvvəlki turuna noyabrın 3-də yekun vurulacaq.
Misli Premyer Liqası
10-cu tur
31 oktyabr
"Qarabağ" - "İmişli" 2:0
Qollar: Abdullah Zubir, 51. Emmanuel Addai, 82.
Luis Silvestr ("İmişli") 12-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev.
VAR: Rəşad Əhmədov, Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Suraxanı. "Azərsun Arena".
"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 9. Joni Montiel, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 94. Rafael Vieqas, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 6. Yau Moses.
Baş məşqçi: Jorj Kaşkilya.