BAKI, 31 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının X turunun ilk oyun günündə “Qarabağ” və “İmişli” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Azersun Arena”da baş tutan görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Əli Əliyevin idarə etdiyi matçda hesabı 52-ci dəqiqədə Abdullah Zubir açıb. 82-ci dəqiqədə Emmanuel Addai fərqlənərək üstünlüyü artırıb.
Bu nəticədən sonra Qurban Qurbanovun komandası xallarını 20-ə çatdıraraq liderliyə yüksəlib. Jorj Kaşkilhanın kollektivi isə 9 matçdan sonra 12 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları 1–3 noyabr tarixlərində keçiriləcək.