LRT:
Litva LUKOIL və Rosneft yüklərinin Kalininqrada tranzitini dayandıracaq
Litva Dəmir Yolları Rusiyanın neft şirkətləri LUKOIL və Rosneft-dən Kalininqrad bölgəsinə yük daşınmasını dayandıracaq.
LRT bu barədə şirkətin açıqlamasına istinadən məlumat yayıb. Qeyd olunub ki, bu qərar ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı yeni sanksiyalarına uyğun olaraq verilib.
Bəyanatda deyilir: "Şirkət Vaşinqton və London tərəfindən tətbiq edilən və LUKOIL və Rosneft neftinin satışını və daşınmasını məhdudlaşdıran sanksiya rejiminə tam əməl edəcəyini bildirib".
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Litvaya Kalininqrad bölgəsinə tranziti təmin etmək öhdəliklərini xatırlatmışdı.