Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"FES-in (Federal Ehtiyatlar Sistemi) uçot dərəcəsini azaltması əslində bir neçə istiqamətdə mesajlardır. Birinci, FES növbəti dövrlər üzrə yumşaq monetar siyasətin həyata keçirilməsinə meyillidir. İkincisi, ABŞ iqtisadiyyatının hazırkı parametrləri müvafiq istiqamətdə müəyyən bir mühit formalaşdırır. Üçüncüsü, ən azından qısa müddətli dövrdə FES, xüsusilə də son dövrlərdə həyata keçirilən heterodoks münasibətlərdən yaranan risklərin nisbətən daha aşağı olduğunu qiymətləndirir".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, bütövlükdə götürəndə bu qərar dolların bazarda daha ucuz satılması deməkdir:"Bu isə öz növbəsində dolların məzənnəsinin qismən də olsa ucuzlaşması istiqamətində meyillər formalaşdırır.Aydındır ki, bundan sonrakı dövrdə ciddi ucuzlaşmanı gözləmək doğru deyil. Çünki bazarlar əslində bu qərarı gözləyirdi və buna görə də bazarlar buna uyğun olaraq müvafiq qiymətləndirməni həyata keçirmişdi.Bu təbii ki, öz növbəsində digər istiqamətlərdə müəyyən bir çağırışlar yaradır. Dolların ucuzlaşması əmtəələrin qismən də olsa bahalaşmasına gətirib çıxarır. Bu da əmtəələrin bahalaşması istiqamətində təsir göstərən faktorlardan biri kimi xarakterizə olunan amillərdən biridir.Eyni zamanda Azərbaycan kontekstində də bu, neftin qiymətinə pozitiv istiqamətli amil olmaqla yanaşı, manatın məzənnəsinin də dollara fiksə edilməsi faktorunu nəzərə alsaq, manatın məzənnəsinin də dolların ucuzlaşması nisbətində digər valyutalara münasibətdə ucuzlaşması istiqamətində müəyyən meyillər yarada bilər".Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        