AZ

Turist gəzintisində faciə: 80 yaşlı sərnişin adada unuduldu, ölü tapıldı

Avstraliyada Coral Adventurer gəmisinin 80 yaşlı sərnişini Syuzan Ris ekipajın səhlənkarlığı nəticəsində Böyük Sədd Rifi yaxınlığındakı Lizard adasında unudulub. 

Sherg.az xəbər verir ki, Ris, yürüş zamanı halı pisləşdiyi üçün geri dönmək istəsə də, onu müşayiət edən olmayıb və gəmi adadan ayrılıb.
Onun meyiti ertəsi gün adada, uçurumun ətəyində tapılıb. Polis hadisəni “şübhəli saymır”, lakin araşdırma aparılır.
Qızı şirkəti məsuliyyətsizlikdə ittiham edib: “Anam isti havada tək qalıb və həyatını itirib.”
Coral Expeditions hadisədən təəssüf etdiyini və ailəyə başsağlığı verdiyini bildirib. Hadisə Avstraliyada turizm təhlükəsizliyi standartlarını yenidən gündəmə gətirib.

Seçilən
38
1
sherg.az

2Mənbələr