AZ

Azərbaycan idmançısı Avropa birinciliyində rekord müəyyənləşdirdi

BAKI, 31 oktyabr. TELEQRAF

Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvü Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyinin qalibi adını qazanıb.

Teleqraf xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Ravin birdən qaldırma hərəkətində 151 kq çəkini ram etməyi bacarıb.

Təkanla qaldırma hərəkətində 189 kq ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kq nəticə göstərib. Beləliklə birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan Ravin Alməmmədov toplamda Avropa birinciliyinin qalibi olub. Təmsilçimiz eyni zamanda təkanla qaldırma hərəkətində və toplamda Avropa birinciliyinin rekordunu müəyyənləşdirib. Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və AAF-ın Avropa birinciliyindəki nümayəndəsi, “Göyəzən” klubunun prezidenti Azər Əlizadə təqdim ediblər.

Seçilən
22
9
teleqraf.com

10Mənbələr