AZ

BMT ABŞ dan hücumları dayandırmağı tələb etdi

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

BMT ABŞ-ı Karib dənizi və Sakit okeanda narkotik qaçaqmalçılarını daşıdığı iddia edilən gəmilərə hücumları dayandırmağa və qanunsuz qətllərin qarşısını almağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə BMT insan hüquqları üzrə baş komissarı Volker Türk danışıb.

“Son həftələrdə ABŞ-ın hücumlarında ən azı 62 nəfər ölüb. Vaşinqton bu gəmilərin narkotik daşıdığını iddia edir, lakin ailələr və bəzi hökumətlər qurbanların arasında balıqçılar olduğunu bildirir.

Bu insanlar heç bir əsas olmadan öldürülüb. Hücumlar və artan insan itkisi qəbuledilməzdir. ABŞ bu hücumları dayandırmalı və gəmilərdəki şəxslərin qanunsuz öldürülməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir”, - Türk vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
3
axar.az

4Mənbələr