AZ

İsraildə genişmiqyaslı etiraz aksiyaları keçirilib

İsraildə hərbi xidmətə qarşı kütləvi etirazlar başlayıb: təxminən 200 min ultra-pravoslav yəhudi Yerusəlim küçələrinə çıxıb.

Busaat.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

Etirazçılar dindar tələbələri hərbi xidmətdən azad edən qanunun qüvvədə saxlanılmasını tələb ediblər.

Aksiya yanğınlar, yolların kəsilməsi və polislə toqquşmalarla müşayiət olunub. Asayişi qorumaq üçün keçirilən əməliyyatda 2000-ə yaxın təhlükəsizlik qüvvəsi iştirak edib. KİV-in məlumatına görə, nümayiş zamanı 15 yaşlı uşaq damdan yıxılaraq ölüb.

Yeganə

Seçilən
39
busaat.az

1Mənbələr