AZ

Lukaşenko təsdiqlədi: "Oreşnik" Belarusda yerləşdiriləcək

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko dekabr ayında "Oreşnik" raket sistemini döyüş hazırlığı vəziyyətində yerləşdirmək planlarını təsdiqləyib.

Bakupost.az BelTA-ya istinadən xəbər verir ki, o, bu barədə Vitebsk vilayətinə işgüzar səfəri zamanı açıqlama verib.

"Oreşnik" dəhşətli silahdır. Dekabr ayında yerləşdiriləcək. Hansı məqsədlə? İstəyirəm ki, onlar (xarici rəqiblərimiz - BelTA) başa düşsünlər ki, işlər çətinləşərsə, onu işə sala bilərik. Putinlə oturub qərar qəbul edəcəyik və işə salacağıq. Ona görə də problemə cəhd etməyin. Axı Ukraynadakı müharibə belə başladı. Donbasda rusdillilər təqib edildi, öldürüldü. Mən bunun şahidi oldum", - deyə Prezident bildirib.

O, xatırladıb ki, bir vaxtlar Minskdə sülh razılaşmaları əldə edilib, lakin rəqiblər aldatma yolu ilə getməyə qərar veriblər və bu da hazırkı vəziyyətə gətirib çıxarıb: "Məlum olub ki, onlar razılaşmayıblar. Məlum olub ki, onlar Minskə Rusiyanı və bizi aldatmaq üçün gəliblər. Onlar bizi aldadıblar. Bəsdir, artıq iki milyon insan ölüb və ukraynalılar şikəst olub. Niyə problem istəyirsiniz? Biz yaxşı yaşayırdıq, polyaklar, litvalılar və sair."

Zaur,BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
3
www.bakupost.az

4Mənbələr