AZ

“Belə piyadalara görə bəzi sürücülərin həyatı qaralır” ELMƏDDİN MURADLI VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bir müddətdir ki, ölkəmizdə piyadaların yol verdikləri səhvlər nəticəsində müxtəlif dərəcəli yol-nəqliyyat hadisələri baş verir. Bu hadisələri bəzi hallarda piyadalar özləri törədir.

Avtosfer.az xəbər verir ki, ölkəmizdə artıq bir müddətdir ki, sürücüləri müxtəlif formalarda şərləmə halı dəb olub. Belə ki, daha əvvəl taksi sürücülərinin sərnişin tərəfindən şərlənməsi ilə bağlı mövzular gündəmdə idisə, bu gün vəziyyət tamamilə fərqlidir. Bu gün piyadalar yolu keçərkən səhvə yol verir, sonrasında özünü ya avtomobilə çırparaq, ya da asfalta tullayaraq sürücüdən nəsə “qoparmağa” çalışır.

Mövzuya nəqliyyat eksperti Elməddin Muradlı bu gün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yaydığı videonu şərh edərkən də toxunub. O bildirib ki, yayılan görüntülərdə özünü “Mercedes”in qarşısında yerə atan qadın özünü hind filmlərdə hiss edib:

“Birincisi, bu piyada qadağan edilmiş yerdən keçir. Bura Heydər Əliyev prospektinin köməkçi yoludur. Üstəlik, yolu qaçaraq keçir. “Mercedes” sürücüsü də onu vurmamaq üçün kifayət qədər tormoz verməli olur. Olduqca yüngül bir zərbə var bu məqamda. Siz həmin qadının yerdə diyirlənməyinə, fırlanmağına diqqət edin. Türkiyədə də belə bir hadisə baş verib. Özünü maşına çırpır, sonra yerə yıxır, vay-şivən qoparır, eynən prospektdəki qəzada özünü yerə yıxan qadın kimi. Belə artistlik, belə yumor bacaranlar sürücülərin həyatını qaraldır. Onun yerdə dığırlanmaqda məqsədi var. Qadın, loru dildə desək, tası qaldırmağa çalışır. Sabah həkimdən necəsə arayış alacaq, sürücünün yaxasından yapışacaq ki, telefonum sındı, planşetim sındı, ıPad da almalısan mənə, təzə paltar görmüşəm onu da almalıyam, kompüterimi də dəyişməliyəm və s. Belə insanlara görə həmin sürücülərin həyatı qaralır”.

Elməddin Muradlının şərh etdiyi həmin videonu sizə təqdim edirik:

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
avtosfer.az

1Mənbələr