AZ

“Sushi Club” da müşayiətedici sənədləri olmayan balıq məhsulundan istifadə edildiyi aşkarlanıb

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 16/18 ünvanındayerləşən, fiziki şəxs İsmayılov Tural Şakir oğluna məxsus “SushiClub” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyininəməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativhüquqi aktların, sanitariya norma və qaydalarının tələblərininpozulduğu müəyyən edilib.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, ictimai iaşə müəssisənin qida təhlükəsizliyiqeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, suşi rollarınhazırlanmasında istifadə edilən çiy balığın müşayiətedicisənədlərinin olmadığı, emal prosesində istifadə olunanyarımfabrikatların üzərində hazırlanma tarixinin qeyd edilmədiyi,xammalların saxlama temperaturuna əməl olunmadığı, texnolojiprosesin ardıcıllığının pozulduğu, işçilərin dövri tibbi müayinədənkeçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digərnöqsanlar aşkarlanıb.

Müəssisədə emal olunan suşi rollardan nümunələr götürülərəklaborator müayinələrə cəlb olunub.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşəmüəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsidayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtibolunub.

Məqalədə:
Seçilən
22
15
az.trend.az

10Mənbələr