Azərbaycanda evini kirayə verənlərdən tutulan 14 faizlik vergi gələn ildən 10 faizə enəcək.
Bəs bu, kirayə qiymətlərin ucuzlaşmasına səbəb ola bilər?
Əmlak eksperti Elnur Azadov mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu azalma cəmi 4%-dir. Onun fikrincə bu, çox cüzi azalmadır:
"Yəni hər 100 manata 4 manat deməkdir. Təşəbbüs elə mənim özümündən irəli gəlir. Qeyri-leqal sektor kölgə iqtisadiyyatının böyük hissəsini təşkil edir. Ölkədə icarəyə verilən əmlakın təxminən 90%-i qeyri-leqal verilir. Vətəndaşlar vergi yüksək olduğuna görə vergidən yayınırlar. Ona görə belə bir təşəbbüs olub ki, azalma olsa, bəlkə bu sahədə leqal müqavilələrin sayı artar. Bu baxımdan bunu ediblər".

Ekspert vurğuladı ki, təklifi 2 il öncə özü edib:
"Yaxşı ki, nəticə verdi. Amma qiymətlərin dəyişməsinə qətiyyən heç bir təsiri olmayacaq. Ən yaxşı halda əhalinin az bir qismi bu sahəyə cəlb oluna və leqal icarəyə verməkdə maraqlı ola bilər".
Aytəkin TOFİQQIZI