Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, Rusiya MDB ölkələrinə ordularını modernləşdirməyə dəstək verəcək, onlara müasir silahlar təqdim edəcək və xüsusi hərbi əməliyyat zamanı əldə etdiyi təcrübəni paylaşacaq.
Redaktor.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.
Belousov Almatıda keçirilən MDB müdafiə nazirlərinin iclasında qeyd edib ki, mürəkkəb hərbi-siyasi vəziyyətdə ortaq yanaşmaların birliyi, həm tarixi uğurların, həm də indiki çağırışların düzgün qiymətləndirilməsi xüsusilə vacibdir.
O, həmçinin hərbi əməkdaşlıq konsepsiyasının icrası və gələcək perspektivləri, orduların müasir silahlarla təchiz olunması məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Belousov həmçinin II Dünya müharibəsindəki ortaq Qələbənin xatirəsinin qorunmasının və onun nəticələrinin saxtalaşdırılmasının qarşısının alınmasının vacibliyini qeyd edib.
Nuriyyə NATİQQIZI